"Barselona" daha bir futbolçunu transfer etməyi planlaşdırır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Liverpul"dan Luis Diazla yanaşı, "Nyukasl"ın forvardı Aleksander İsakı heyətinə qatmağı düşünür.
İsveçli hücumçunun menecerinə bu barədə məlumat verilib. İsak "Barselona"da oynamaq istəyib-istəmədiyini qarşı tərəfə hələ ki bəlli etməyib.
25 yaşlı futbolçunun "Nyukasl"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.O, karyerası ərzində AİK, “Villem II”, “Borussiya”(Dortmund), “Real Sosyedad” komandalarında oynayıb.
saytlarin hazirlanmasi