"Barselona" Jül Kounde ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, Kataloniya klubu fransalı müdafiəçi ilə 2030-cu ilə qədər yeni müqavilə və maaş artımı ilə bağlı prinsipial razılıq əldə edib. Klub Koundenin çıxışından razıdır, futbolçunun özü də "Barselona"da xoşbəxtdir.
Qeyd edək ki, hazırkı müqavilə 2027-ci ildə başa çatır.
saytlarin hazirlanmasi