Luka Modriç "Real"da qalmaq istəyir

14:48 - 18 Mart 2025

Luka Modriç daha bir mövsümü “Real”da keçirmək istəyir.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 39 yaşlı xorvatiyalı özü “kral klubu” ilə müqavilə müddətini 2026-cı il iyunun 30-na qədər artırmağı planlaşdırır.

Bu seçim təcrübəli futbolçu üçün prioritet məsələ sayılır. Xorvatiyalının “Real”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Bu mövsüm Modriç bütün turnirlərdə 44 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər xətti