"Atletiko" 60 milyonluq transferi reallaşdıra bilər

12:49 - 23 Mart 2025

"Atletiko" İspaniya millisinin və "Vilyarreal"ın yarımmüdafiəçisi Aleks Baenanı transfer etməkdə maraqlıdır. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi bununla bağlı "Vilyarreal"a müraciət də edib. 

Baenanın məxsus olduğu klub ona görə 60 milyon avro təzminat istəyib.

23 yaşlı yarımmüdafiəçi bu mövsüm 25 görüşdə 6 qol vurub və 7 asist edib. Aleks "Vilyarreal"ın yetirməsidir. O, "Jirona"da icarə əsasında da çıxış edib.

Xəbər xətti