"Məni narahat edən odur ki, onlar bunu fırıldaqçılıq adlandırırlar" - - Ançelotti ittihamlara cavab verdi

22:46 - 28 Mart 2025

"Real"ın baş məşqçisi Karlo Ançelotti vergi ödəməkdən yayınma ittihamı ilə bağlı məhkəmə prosesi haqqında danışıb.

Sportal.az xəbər verir ki, daha əvvəl Madrid prokurorluğunun "Real"ın baş məşqçisi üçün 4 il 9 ay həbs cəzası tələb etdiyi bildirilmişdi. Prokurorluğun məlumatına görə, Ançelotti vergi bəyannamələrində yalnız "Real"dan aldığı əməkhaqqını göstərib, lakin imic hüquqlarından əldə etdiyi gəlirləri qeyd etməyib və guya bu hüquqları digər təşkilatlara ötürdüyünü bildirib. Məhkəmə 2 aprel tarixində Madriddə keçiriləcək.

"Müzakirə ediləcək bir çox mövzu var. Mən məhkəməyə gedib ifadə verməliyəm və bunu çərşənbə günü edəcəyəm. Amma burda bu barədə danışmaq yerinə düşməz. Gələn həftə prokurorluğun verdiyi apellyasiya şikayəti nəzərdən keçiriləcək. Mən birinci prosesi udmuşam və qanuna, məhkəmə sisteminə tam etibar edirəm. Narahat deyiləm. Məni düşündürən tək şey onların məni fırıldaqçılıqda ittiham etməsidir, amma ifadə verməyə hazıram." – deyə "Real"ın baş məşqçisi bildirib.

Xəbər xətti