"Əgər "Real"da oynamaq istəyirsənsə, adətən ehtiyat oyunçular skamyasında oturmaq lazım gəlir"

22:10 - 31 Mart 2025

Karlo Ançelotti Endrikin "Real"da az oynama səbəbini izah edib.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis hər bir futbolçunun ehtiyyat oyunçular skamyasında otura biləcəyini vurğulayıb:

"O, narahat deyil, xoşbəxtdir, yaxşı işləyir və imkan olduqda ona oynaması üçün vaxt verəcəm. O, həmişə şanslarından yararlanıb və mən onun sakit olduğunu görürəm. Sabah oynamaq imkanı olacaq, çünki Kubokda özünü çox yaxşı göstərdi. Bunu nəzərə alıram.

Bu, bir çox amillərdən asılıdır. Rəqabətdən kənar, çatışmayan heç nə yoxdur. Sadəcə, komandada çox yüksək səviyyəli oyunçular var.

Düşünürəm ki, bu klubun tarixi göstərir ki, əsas heyətə düşən bir çox futbolçular uzun müddət ehtiyatda qalıblar. Vinisius bir neçə il ehtiyat oyunçular sırasında olub, Rodriqo, Valverde, Kamavinqa da elə. Əgər "Real"da oynamaq istəyirsənsə, adətən bir müddət ehtiyatda oturmaq lazım gəlir."

Xəbər xətti