La Liqanın 31-ci turunun "Alaves"lə matçında qırmızı vərəqə görən "Real"In futbolçusu Kilian Mbappenin cəzası bəlli olub.
Sportal.az xəbər verir ki, fransalı hücumçuya 1 oyunluq cəza verilib. Bu barədə İspaniya Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
Mbappe "Barselona" ilə keçiriləcək "El Klasiko"da iştirak edə biləcək. Qarşılaşma 26 mart tarixində, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.
Qeyd edək ki, Kilian Mbappe mövsümün əvvəlində "Real"a keçib. 26 yaşlı forvard "kral klubu"nun heyətində meydana çıxdığı 48 rəsmi matçda 32 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi