Klopp "Real" və Braziliya millisi arasında seçim edəcək

12:34 - 17 Aprel 2025

Yurgen Klopp “Real” və ya Braziliya millisinə rəhbərlik edə bilər.

Sportal.az “UOL” nəşrinə istinadən xəbər verir ki, alman mütəxəssis bu iki komanda arasında seçim edəcək.

O, məşqçilik fəaliyyətini bərpa etmək variantlarını nəzərdən keçirməyə başlayıb. Təcrübəli mütəxəssisin klub sferasında işləmək üçün "Real"a keçidə razılıq verəcəyi gözlənilir.

Klopp İspaniya nəhənginin rəsmiləri ilə maliyyə məsələlərini müzakirə edəcək.

Alman məşqçi “Red Bull”un qlobal futbol rəhbəri kimi işləmək istəmir. Buna görə də, Klopp baş məşqçi kimi çalışmaq niyyətindədir. Yurgen “Maynts”, “Borussiya”(Dortmund), “Liverpul” klublarında işləyib.

Xəbər xətti