"Atletik"in baş məşqçisi Ernesto Valverde Karlo Ançelottiyə ünvanlanan tənqidlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, La Liqanın 32-ci turunda sabah “Real”la qarşılaşacaq Bilbao klubunun baş məşqçisi bunları qeyd edib:
"Ötən il o, həm Çempionlar Liqasını, həm də La Liqanı qazandı, neçə Superkuboku olduğunu isə bilmirəm. Əgər belə bir məşqçini tənqid edirlərsə, o zaman digərləri nə hiss etməlidir?-bilmirəm."
saytlarin hazirlanmasi