"İnter"in müdafiəçisi: "Lamin Yamalı necə dayandıracağımı bilmirəm"

17:46 - 20 Aprel 2025

“İnter”in müdafiəçisi Alessandro Bastoni Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşacaqları "Barselona" ilə matçdan danışarkən, Lamin Yamala qarşı oynamağı da qabardıb. 

Sportal.az xəbər verir ki, “La Gazzetta dello Sport”a danışan 25 yaşlı futbolçu “Barselona”nın futbolçusunun fərdi keyfiyyətlərindən bəhs edib:

“Yamalı necə dayandırmaq olar? Bilmirəm. Çünki Avropa çempionatına ona görə işlərimiz yaxşı getmədi. “Barselona”ya qarşı komanda olaraq yaxşı müdafiə olunmaq vacibdir. Əvvəllər yüksək səviyyəli cinah oyunçuları ilə qarşılaşmışıq. "Bavariya"dan Oliseh və Leroy Saneni qeyd edərdim. Onlara problem yaratmaq istəyiriksə, 100 faiz konsentrasiyaya və 100 faiz fiziki hazırlığa ehtiyacımız var. Yoxsa, rəqibin heyətində Yamal da daxil olmaqla, fərdi keyfiyyətləri yüksək oyunçular var”.

Qeyd edək ki, “İnter” və “Barselona” arasında ilk görüşü aprelin 30-da, cavab matçı isə mayın 6-da baş tutacaq. 
 

Xəbər xətti