"Trabzonspor" İran çempionatının hazırkı lideri "Traktor"a dəstək nümayiş etdirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında post paylaşıb:
“2024-2025 İran Pro Liqasında çempionluq yolunda inamla irəliləyən, Azərbaycan Türklərinin qüruru olan “Traktor”u ürəkdən dəstəkləyirik. Möhtəşəm azarkeşləri ilə birlikdə göstərdikləri əzmkarlıq, mübarizə və qətiyyət təkcə futbol meydanlarında deyil, Türk dünyasının könlündə də dərin iz buraxır. “Traktor” bu çempionluq yolunda bir daha təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq. Yolunuz çempionluğa çıxsın!”.
Cənubi Azərbaycan təmsilçisi Qaradənzi klubunun paylaşımına bu cür reaksiya verib:
"Trabzonspor"a ürəkdən təşəkkür edirik! Bu həmrəylik və qardaşlıq bizə böyük güc verir. İnşallah, çempionluq bizim olacaq! Yaşasın “Traktor”! Yaşasın “Trabzonspor”!".
Əlavə edək ki, "Traktor" İran çempionatında sona 3 tur qalmış liderdir. Təbriz təmsilçisi tarixi ərzində ilk dəfə çempionluğu qazana bilər.