AFFA-nın əməkdaşı UEFA proqramını fərqlənmə ilə bitirdi

11:54 - 29 Aprel 2025

AFFA-nın beynəlxalq oyunların təşkili üzrə meneceri Rasif Babayev UEFA Akademiyasının və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Certificate in Football Management” (CFM) təhsil proqramını uğurla və fərqlənmə ilə (Certificate of Merit) başa vurub.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.

Bu proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib və UEFA-nın rəsmi sertifikatı ilə nəticələnir. Təqdimetmə mərasimi Latviyanın paytaxtı Riqada baş tutub.

Xəbər xətti