Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Portuqaliya Milli Futbol Məşqçiləri Assosiasiyasının (ANTF) Məsləhət Şurasına daxil ola bilər.
Sportal.az "A Bola”ya istinadən xəbər verir ki, bu barədə ANTF-nin prezidentliyinə namizəd Enrike Kalisto məlumat verib.
O, seçkilərdə qalib gəlsə, Şuranın tərkibinə Joze Mourinyo, Xorxe Xesus, Karlos Keyruş, Paulo Bento və Fernandu Santuşun daxil ediləcəyini bildirib.
Seçkilər mayın 31-də keçiriləcək
saytlarin hazirlanmasi