Karlo Ançelotti Braziliyaya gedir

18:12 - 12 May 2025

"Real"dan ayrılacağı gözlənilən Karlo Ançelottinin yeni iş yeri müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, italyan mütəxəsis Braziliyada çalışacaq. Bu barədə "The Athletic" nəşr məlumat yayıb.

Ançelotti Braziliya milli komandasının baş məşqçisi təyin olunacaq. Artıq yerli federasiya ilə baş məşqçi arasında razılıq əldə olunub.

63 yaşlı məşqçi "Real"da son oyununa "Real Sosyedad" qarşısında çıxacaq. Oyun 26 may tarixində baş tutacaq. Karlo Ançelotti Braziliya milli komandasındakı işinə başlayacaq.

Xəbər xətti