Milli komandaya dəvət edilən "Sabah"ın futbolçusu bu kluba icarəyə verilə bilər

12:22 - 24 May 2025

"Sabah"ın futbolçusu Rauf Rüstəmli yeni mövsümə də "Şamaxı"da başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov gənc yarımmüdafiəçini sərəncamında görmək istəyir.

Buna görə də, artıq tərəflər arasında danışıqlar başlayıb. "Şamaxı" "Sabah"a müraciət edərək, Rüstəmlini daha bir il icarəyə götürəyə cəhd göstərəcək.

Milli komandaya da dəvət edilən yarımmüdafiəçinin "Şamaxı" ilə icarə müqaviləsi gələn ayın sonunda başa çatacaq.

Xəbər xətti