"Real"ın futbolçusu Arda Güler baş məşqçi Alvaro Arbeloadan narazıdır.
Sportal.az xəbər verir ki, türkiyəli hücumameyilli yarımmüdafiəçini tez əvələnməsi narahat edir. Bu barədə "Elnacional" məlumat yayıb.
Arda düşünür ki, ispaniyalı mütəxəssis Vinisius Junior və Cud Bellingemin neqativ reaksiyasından çəkinir. Ardanın fikrincə, Arbelona buna görə onu oyundan tez çıxarır.
Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 20 yaşlı futbolçu əvvəlki baş məşqçi Xabi Alonsonun dövründə komandanın əsas üzvlərindən idi.
saytlarin hazirlanmasi
