LASK Avstriya Kubokunun finalında əlavə vaxtda "Altax" üzərində 4:2 hesablı qələbə qazanaraq uzun müddətdir gözlədiyi titula sahib çıxıb.
Sportal.az xəbər verir ki, oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. LASK-ın heyətində qolları Mozes Usor və Samuel Adeniran vurublar. Nominal qonaqların heyətində isə Patrik Qreyl və Vesel Demaku fərqləniblər.
Daha sonra 101-ci və 103-cü dəqiqələrdə LASK rəqib qapısına daha iki qol vuraraq qələbəni təmin edib. Bu qolların müəllifləri Corc Bello və dubl edən Adeniran olub.
Bu qələbə LASK üçün son 61 ildə Avstriya Kubokunda ikinci zəfər kimi tarixə düşüb. Klub ilk dəfə bu titulu 1965-ci ildə qazanmışdı.
Onu da əlavə edək ki, LASK Avstriya çempionatında mövsümün başa çatmasına üç tur qalmış turnir cədvəlinə başçılıq edir və "Şturm Qrats" ilə eyni sayda xal toplayıb. İlk üçlüyü isə 2 xal geri qalan "Zalsburq" tamamlayır.
saytlarin hazirlanmasi
