"Tottenhem" heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London klubu Martin Dubravkanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Təcrübəli futbolçu "Tottenhem"ə azad agent statusu ilə qoşulub.
Qeyd edək ki, Martin Dubravkanın son klubu "Börnli" olub. Slovakiyalı "əlcək sahibi" 2025/26 mövsümündə Premyer Liqada 35 matçda meydana çıxıb və qapısında 71 qol görüb.
saytlarin hazirlanmasi
