"Valensiya" tarixində ilk yaponiyalı

20:32 - 7 İyul 2026

Valensiya" yarımmüdafiəçi Ryunosuke Satonu heyətinə qatdığını rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu "Tokio" klubundan transfer olunub. Tərəflər arasında 30 iyun 2031-ci il tarixinədək nəzərdə tutulan müqavilə imzalanıb. ​Sato "Valensiya" tarixinin ilk yaponiyalı futbolçusu olub.

​"Tokio" akademiyasının yetirməsi olan Ryunosuke əsas komandada 16 yaşında debüt edərək klub tarixinin ən gənc oyunçusu kimi adını tarixə yazdırıb. O, 2025-ci ildə icarə əsasında "Faciano Okayama" klubunda çıxış edib. Sato həmin mövsüm J Liqanın (J-League) ən yaxşı gənc futbolçusu seçilib və azarkeşlərin versiyasına görə çempionatın rəmzi yığmasına daxil edilib.

Futbolçu ​"Tokio"ya qayıtdıqdan sonra 19 rəsmi matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Yaponiyanın gənclərdən ibarət yığmasına U-23 Asiya Kubokunu qazanmaqda kömək edib. Gənc istedad 4 qolla turnirin bombardiri olmaqla yanaşı, həm də ən dəyərli oyunçusu seçilib.

Yarımmüdafiəçi ​2025-ci ilin iyununda Yaponiya milli komandasında debüt edib. O, əsas yığmasının heyətində 5 oyun keçirib və dünya çempionatının seçmə mərhələsi oyununda meydana çıxan Yaponiya yığması tarixinin ən gənc futbolçusu olub.

Xəbər xətti