“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya nəhəngində işlədiyi müddətdə indiyə qədər heç bir problem yaşamadığını vurğulayıb.
Sportal.az xəbər verir ki, “Marca”ya danışan portuqaliyalı mütəxəssis komandasındalı vəziyyətin yaxşı olduğunu deyib:
"Oyunçuların eqosunu idarə etmək, yoxsa taktika üzərində işləmək daha çətindir? Düzünü desəm, çətin bir şey yoxdur. İndiyə qədər heç bir problemimiz olmayıb. Gec-tez problemlər yaranacaq və bu normaldır, təbiidir. Onlar təbii yolla həll olunacaq".
Portuqaliyalı məşqçi bu yay “Real”a rəhbərlik etməyə başlayıb. Mourinyonun komandası İspaniya La Liqasının ilk iki oyununda altı xal qazanıb. 63 yaşlı məşqçinin müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
