"Böyük oyun"da həm "Neftçi", həm də "Xəzər Lənkəran" azarkeşləri iştirak edə biləcək?

11:25 - 4 Sentyabr 2014

Qərar ötən mövsümə aid idi
 
Premyer Liqanın V turu çərçivəsində yeni mövsümün ilk "Böyük oyun"u baş tutacaq.

Sportal.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə "Neftçi" və "Xəzər Lənkəran" azarkeşlərini ən çox düşündürən məsələ 2013-cü ildə bu klublar arasında baş tutan matçda baş vermiş insidentə görə verilən qərardı. Belə ki, Lənkəranda keçirilən və qalmaqalla yadda qalan oyundan sonra AFFA İntizam Komitəsi bu komandalar arasında keçiriləcək oyunlarda qonaq azarkeşlərin iştirakına qadağa qoyub.

Lakin bu qərar bu mövsüm üçün keçərli deyil. Belə ki, 2013-cü ilin aprel ayının 26-da verilən qərarda qeyd olunub ki, bu qadağa həmin mövsümə aid olunur. AFFA isə hələlik bu məsələ haqda heç bir qadağa tətbiq etməyib.

Beləliklə, sentyabrın 13-də keçiriləcək "Böyük oyun"da lənkəranlı azarkeşlər də komandasına dəstək ola biləcəklər.

 

Xəbər xətti