Sportal.az xəbər verir ki, Elnur Əşrəfoğlu Publika.az-a verdiyi açıqlamarda “Neftçi”dəki kadr dəyişikliklərindən danışdı:
“Düşünürəm ki, daha düzgün qərar qəbul olundu. “Neftçi”nin prezidenti Sadıq Sadıqov sözünün üstündə durdu. Mən həmişə onu bu cür tanımışam. “Neftçi”də müşavir vəzifəsinə təyin olundum. Bundan sonra çalışacağıq ki, rəhbərliyin etimadını doğruldaq.Klub prezidenti hansı işləri, hansı sahələri tapşırsa onu da yerinə yetirəcəm. Onu deyə bilərəm ki, “Neftçi” klubu bir nümunə olmalıdır.
Çünki hər zaman klubun prezidenti Sadıq Sadıqov öz işi, əməyi ilə nümunə olub. Bilirsiniz ki, o, “Neftçi “ İdman Sağlamlıq Mərkəzinin rəhbəri kimi, həm də “Neftçi” futbol klubunun prezidenti kimi bir çox nailiyyətlər qazanıb. Hələ irəlidə çox zəfərlərimiz olacaq”.
Əşrəfoğlu komandada olacaq yeniliklərdən də danışdı.
“Yeniliklər olacaq. Komandaya yeni baş məşqçi təyin olunub. Bu yeniliklər tək futbolla bağlı olmayacaq. Belə ki, idarəetmə sistemində də yeniliklər gözlənilir”.