"Bəzi I Divizion komandalarının sifariş vərəqələri köhnədir"
Bu gün sizlərə eyni futbolçu- Azad Kərimovun iki müxtəlif komandanın ("Bakı" və MOİK) sifariş vərəqəsində yer aldığı xəbərini vermişdik.
Bu məsələyə PFL-in mətbuat xidməti Sportal.az-a açıqlamasında münasibət bildirdi:
"Bəzi I Divizion komandalarının sifariş vərəqələri köhnədir, yəni keçən ilkidir. Klublar hələ də yeni sifariş vərəqələrini bizə göndərməyiblər, ona görə də, bizə göndərilməyən klubların sifariş vərəqələri dəyişməyib. MOİK yeni sifariş vərəqəsini bu gün bizə göndərdi və həmin siyahıda Azad Kərimovun adı yoxdur".
Qeyd edək ki, I Divizionda 2014-15 mövsümü bu gün rəsmən başlayır, klubların bu işə belə yanaşması heç də ürəkaçan hal deyil.
saytlarin hazirlanmasi