"Vilyarreal"dan dünyaya insanlıq dərsi VİDEO

14:36 - 6 Sentyabr 2014

13 yaşlı Gohana gözləmədiyi surpriz
 
"Vilyareal”  və "Seltik” arasında keçirilən yoldaşlıq görüşü xərçəng xəstəsi olan bir  yeniyetmənin sonsuz sevincinə səbəb oldu. 
 
Sportal.az xəbər verir ki, 13 yaşlı Gohan heyranı olduğu ispan klubunun futbolçuları ilə birgə meydançaya çıxaraq, ən böyük xəyallarından birini gerçəkləşdirdi. Əvvəlcə sadəcə matçı izləmək üçün dəvət edildiyini sanan Gohan bir anda özünü komandanın soyunub-geyinmə otağında gördü. Burada oyunçularla danışan və arxasında 12 nömrəli  futbolka ilə qarşılaşan Gohanın sevincinin həddi-hüdudu yox idi.
 
Gohan beləcə "Vilyareal”  forması isə "El Madrigal” stadionunda top qovdu. Kiçik azarkeş bu oyunda qol da vurdu. Qol vurduqdan sonra əvəzlənən Gohan oyunu sevimli komandasının  ehtiyat skamyasından izlədi.  Oyundan sonra isə ona qarşılaşmanın topu, eləcə  də kapitanlıq sarğısı  həvalə olundu.
 

Xəbər xətti