"Neftçi", "Xəzər Lənkəran" və AZAL rəsmiləri Cenevrədə

00:40 - 8 Sentyabr 2014

"Bakı"dan heç kim AKB-nin tədbirinə qatılmayıb

 

Sentyabrın 8-də Cenevrədə Avropa Klublar Birliyinin sayca 13-cü Baş Assambleyası baş tutacaq. Tədbirdə qurum üzvləri arasında bir çox məsələlər ətrafında müzakirələr aparılacaq. UEFA prezidenti Mişel Platini də AKB-nin iclasına qatılacaq.

 

Azərbaycan AKB-də 4 klubla təmsil olunur ki, onlardan üçü – “Neftçi”, “Xəzər Lənkəran” və AZAL rəsmiləri artıq Cenevredədir.

 

Təəssüf ki, qurumdakı daha bir üzvümüz “Bakı” təbdirdə təmsil olunmayıb. Məsələ ilə bağlı “Bakı”nın mətbuat katibi İsgəndər İsgəndərova müraciət etdik. Sportal.az saytına açıqlama verən İsgəndər bəy bunun səbəbini belə izah etdi:

 

“Əvvəlki illərdə AKB-nin tədbirlərinə mütəmadi qatılırdıq. Belə məsələlərlə klubumuzda Nəriman Mehdiyev məşğul olur. Bu dəfə səbəblərdən iştirakımız alınmadı. 

Xəbər xətti