"Futbolda pul çox şey olsa da, hər şey deyil"
Pul məqsəd yox, vasitə olmalıdır. Elə əksər futbol adamlarının bunu dərk eləyə bilməməsinin nəticəsidir ki, bu qədər vəsait xərclənir futbolumzda isə inqilabi dəyişikliklər olmur.
“Sumqayıt”ın meneceri Ceyhun Sultanov Belarusda səfərdə olub. “Futbol+” qəzetinə müsahibə verən Ceyhun bəy öz səfər təəssüratlarını bölüşüb. Müsahibənin ən maraqlı məqamlarını təqdim edirik:
“Orda gördüyüm şərait çox xoşuma gəldi. Belarus yığmasının çox gözəl bazası var. Bir-birindən səviyyəli meydançalar millinin ixtiyarına verilib. Çox istərdim ki, bizim millinin ayrıca bazası olsun.
Bir daha başa düşdüm ki, futbolda pul çox şey olsa da, hər şey deyil. Bizdən fərqli, Belarus futbolunda o qədər də güclü maliyyə yoxdur. BATE-nin ən ödənişli futbolçusu ayda 15 min avro maaş alır. Ancaq bu klub artıq ikinci dəfə ÇL-in qrupuna vəsiqə qazanıb. Onu da nəzərə almaq lazımdır ki, heyətin 90 fazini yerli futbolçular təşkil edir. Əksər oyunçular da klubun öz yetirməsidir. Rəhbərlik cüzi vəsaitlə düzgün strategiya müəyyənləşdirərək, qarşıya qoyulan məqsədə addım-addım irəliləyir. Klubun inkişaf konsepsiyasında xərclənən hər manatın gələcəkdə artıqlamasıyla geri geri qayıtması nəzərdə tutulub. Və hələ ki kağız üzərində yazılanlar reallıqda özünü doğruldur. BATE ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrupuna vəsiqə qazananda çoxları bunu sabiq baş məşqçi Viktor Qonçarenkonun adıyla bağladı. Ancaq bu gün komanda Yermakoviçin də rəhbərliyi altında eyni uğura imza atırsa, deməli, bu təsadüfü deyil. Yığma üzvlərinin də yağ-bal içində üzdüyünü söyləmək olmaz. Təsəvvür edin ki, millinin futbolçusu hər qələbəyə görə bizim meyarlara görə gülməli göünəcək – cəmi 3 min avro alır. Buna baxmayaraq, Belarus millisinin nəticələri, sərgilədiyi oyun bizdən üstündü”.
Bəli, bu da acı reallıq. Pul bizdə, inkişaf və ya başqa cürə desək, peşəkarlıq Belarusda!
saytlarin hazirlanmasi