"Beynəlxalq səviyyə ilə müqayisədə gənclərimiz çoxdu"
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts AVRO-2016-nın seçmə mərhələsinin startı ərəfəsində mətbuat konfransı keçirib.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis sentyabrın 9-da Bolqarıstanla Bakıda keçiriləcək oyun və seçmə mərhələ haqda danışıb.
- Hazırlıqdan çox razı qalmışam. Futbolçulardan razıyam. Onlar hansı səhvləri etməməli olduqlarını dərk ediblər. Qələbə qazanmaq istəyiriksə, futbolçular bunu edə bilərlər. Beynəlxalq səviyyə ilə müqayisədə gənclərimiz çoxdu. Vacib oyunlarda səhvlərə yol vermək olmaz. Məşq məşqdi. Səhvlərə yol vermək olmaz.
- Sabah baş tutacaq görüşdə sizi heç-heçə, yoxsa qələbə qane edəcək?
- Heç bir oyunda heç-heçəni istəməmişəm. Hər oyuna qələbə ilə yanaşıram.
- Yenə eksperimentlər edəcəksiniz?
- Yanlış xatırlamıramsa, sabah seçmə oyundu. Seçmə görüşdə eksperimentlərə yol vermək olmaz.
- Amma ötən mərhələdə Maksim Medvedevi heç vaxt oynamadığı dayaq yarımmüdafiəsində oynatmışdınız.
- Təəssüf ki, elə vaxtlar olur ki, bir mövqeyə oyunçu tapılmır. Belədə məcburiyyətdən belə eksperiment etməli olursan.
- Tərlan Quliyevin yığmaya çağırılması mərkəz müdafiəçilərinin zəif olması ilə bağlıdı?
- Tərlan cinah oyunçusudu. O, bir yox, bir neçə mövqedə oynaya bilər. Maraqlı futbolçudu. Razıyam ki, son oyunda kobud səhvlərə yol vermişik. O üzdən onu çağırmışam.
- Əvvəlki mərhələdə yığma daha hazır idi, yoxsa indi?
- Sözsüz ki, indi irəliləyiş hiss olunur. Ötən tsikldə İsrailə qarşı güclü oynadıq. İkinci qolu vurmaq üçün şansımız vardı. Amma keçmişlə müqayisədə indi irəliləyiş var.
- Heyət təxminən bəllidi?
- Məndə 90 faiz heyət hazırdı. 3 mövqeyə hələ sual işarəsi var
- Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Rusiya ilə oyunda eksperimentlərə görə sizi tənqid edib…
- Ona cavab vermək istəmirəm. Amma yaxşı məşqçidi. Onun beynəlxalq təcrübəsi var.
saytlarin hazirlanmasi