Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi matçdan sonra sosial şəbəkədə yayılmış etiraz bəyanatını elə bəyanatla təkzib edib.
Bəyanatın mətnini diqqətinizə çatdırırıq: "Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt" FK ilə oyundan sonra baş verən hadisələr futbol ictimaiyyətində ajiotaja səbəb oldu. Məlum məsələdə əsas müzakirə obyekti hakimliklə bağlı idi. Bu qərarlarla bağlı "Araz-Naxçıvan" PFK tərəfindən rəsmi mövqe bildirildi. Lakin sonradan sosial şəbəkələrdə klub adından bəzi yalnış məlumatlar yayıldı (klubu rəsmi səhifələrindən başqa). Bildirmək istəyirik ki, gedən məlumatlarla klubumuzun heç bir əlaqəsi yoxdur və klub buna görə məsuliyyət daşımır. Hər hansı rəsmi məlumat olarsa, klub bunu ictimaiyyətə öz saytı (arazpfc.com) vasitəsilə çatdıracaq".