FİFA-ya müraciət olunacaq
“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo öz oyunu ilə ölkə futbol ictimaiyyətinin rəğbətini qazanıb. Demək olar kı, hamı bir ağızdan onun milliləşdirilməsini tələb edir.
Artıq Reynaldo ilə AFFA-nın baş katibi Elxan Məmmədov arasında görüş keçirilib və braziliyalının milliləşdirilməsi ilə bağlı razılığa gəlinib.
Sportal.az saytına açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu Reynaldo ilə bağlı vəziyyətə belə şərh verib:
“Bəli, Elxan Məmmədov Reynaldo ilə görüşüb. Məsələ ilə bağlı FİFA-ya müraciət olunacaq. Belə məsələdə futbolçunun bizim ölkənin vətəndaşlığını daşımaq istəyində olması da rol oynayır. Bolqarıstanla matçda olmasa da, Reynaldo İtaliya və Xorvatiya ilə səfər matçlarında meydana çıxa bilər”.
saytlarin hazirlanmasi