Brazilyalı futbolçu "Neftçi"nin düşərgəsində
Zədəsini tam sağaltdıqdan sonra Bakıya qayıtdı.
Sportal.az xəbər verir ki, müalicə almaq üçün Brazilyaya yollanan Bruno Bertuççi artıq komandasına kömək etməyə hazırdır.
"Neftçi"nin müdafiəçisi klubun rəsmi saytına danışıb "Braziliyada olduğum müddətdə müalicəmin əsas mərhələsini geridə qoydum. Həkimlərin rəyinə görə, artıq məşqlərə başlaya bilərəm. Bu gün komanda ilə birgə hazırlığa qatılacam. Çalışıram ki, əvvəlki formamı mümkün qədər tez bərpa edim. Qarşıda bizi çətin oyunlar gözləyir. Buna görə də hər matça tam hazır vəziyyətdə çıxmalıyıq”.
saytlarin hazirlanmasi