Sabit heyət, yaxşı anlaşma, kollektiv futbol
AVRO-2016 çərçivəsində keçiriləcək Azərbaycan – Bolqarıstan matçından qabaq qonaqların baş məşqçisi Lyuboslav Penev məhz bizi matçın favoriti hesab etdiyini deyib.
Futbol ictimaiyyətinin, azarkeşlərin də əhval-ruhiyyəsindən hiss olunur ki, hamı yaxşı nəticəyə köklənib. Bu, yaxşı haldır. Ancaq bunun bir amması var. Amma odur ki, Bolqarıstan çoxlarının düşündüyü qədər zəif yığma deyil.
Bolqarıstan mətbuatında gedən yazıları diqqətlə incələdik və real mənəzərə bizim üçün aydın oldu.
Lyuboslav Penev son 2 ildir sabit heyət yaradıb ki, futbolçular arasında anlaşma çox yaxşıdır. Bolqar mütəxəssisin futbol fəlsəfəsi futbolçuların fərdi keyfiyyətlərinə yox, kollektiv oyuna qurmaqdan ibarətdir. Rəqibimiz kəsərli hücumlar qurmaq baxımından da problem yaşamırlar. Bu gün Bolqarıstanda hamı bir ağızdan deyir ki, yığmaları bu qrupda mütləq 3-cü yeri tutmalıdır.
Buna görə də, ehtiyatı əldən vermək olmaz! Ümid edirik ki, daha çox uğursuzluqlarına alışdığımız millinin baş məşqçisi Berti Foqts rəqibi yaxşı analiz eləyib. Çünki evdə bolqarlardan xal almasaq, İtaliya və Xorvatiya səfərləri zatən bizə parlaq heç nə vəd eləmir.
Emin ABBASOV
saytlarin hazirlanmasi