"4 braziliyalı futbolçudan yararlana bilmərəm"
“İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərlışdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik”.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Millimiz az öncə 2016-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirdi. Doğma meydanda Bolqarıstana 1:2 hesabı ilə uduzan komandamızın almaniyalı çalışdırıcısı qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Eksperimentlərinizin nəticəsi bu idi?
- Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi.
- 70 dəqiqədən sonra oynaya bilməməyimizin səbəbi nədi?
- 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm.
- Azərbaycan yığması bu oyunla hara gedir? Təkcə Maltanı udmaqla, AÇ-yə çıxacağıq?
- Sözsüz ki, bu oyundan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı.
- Son görüşlərdən sonra millini gələcəyinə dair ümidləriniz var?
- Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram.
- Rüfət Dadaşovu 90 dəqiqə oynatdınız. Onu hansı keyfiyyətlərinə görə yığmaya çağırırsınız?
Foqts bu suala almanca cavab verib, konfrans zalını tərk etdi.
saytlarin hazirlanmasi