Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz üzərində 2:1 hesablı qələbə qazanan Bolqarıstan millisinin çalışdırıcısı Foqts haqda maraqlı fikirlər səsləndirib: “Nəticə olmadığı təqdirdə, baş məşqçi istefaya getməlidir. Amma gəlin, bu oyun haqqında danışaq. Azərbaycan yığmasının necə oynadığını bilirdim. Bizim məqsədimiz məhz 2 qol vurmaq deyildi. Biz qələbə qazanmaq üçün yaxşı şanslar yaratmalı idik. Bunu da bacardıq”.
Millimizin Rusiya ilə yoldaşlıq görüşünü izlədiyini deyən Penev indiki ilə o matç arasında fərqlər olduğunu söyləyib: “Rusiya ilə oyunda zəif cəhətlərinizi özümdə qeyd etmişdim. İndi meydançanın durumu yaxşı deyildi”.