Şahin Diniyev: "Bu məğlubiyyətə görə millini qınamağa dəyməz"

00:15 - 10 Sentyabr 2014

"Ədalətli nəticə 1:1 olmalıydı"

 

AÇ-2016-də mübarizəyə qoşulan milli komandamız elə ilk oyundaca məğlubiyyətlə üzləşdi. Berti Foqtsun komandası evdə 1:2 hesabı ilə Bolqarısatana uduzdu.

 

Sportal.az saytına açıqlama verən tanınmış mütəxəssis Şahin Diniyev məğlubiyyətə belə şərh verib:

 

“Bu gün millimiz əlindən gələni etdi. Həm taktiki baxımdan, həm istək baxımından ürəklə oynadılar. Hər iki qolda müdafiəçilərimizin səhvləri oldu. Yeni gələn oyunçular pis təsir bağışlamadı. Hücumda bir qədər dişsizlik vardı. Vurulan qoldan sonra müdafiəyə oturmaq olmazdı. Ədalətli nəticə 1:1 olmalıydı. Millimizi qınamğa dəyməz.” 

Xəbər xətti