Bıçaq sümüyə, Foqts da milliyə dirənib! YAZI

00:30 - 10 Sentyabr 2014

Sənin burda olmağın elə əsl eksperimentdi də

 

Ata oğuldan nə istəyər? Can sağlığı. Bu Foqts millidən nə istəyir? O, mənə çatmır. Atam balası gəl, otur bir dərdivi danış görək nədi də məsələ. Elə hər dəfə gəlib tərcuməçinnən  bir yerdə qırıldıyıb gedirsən. Bir demirsən ki, arxanda qələbəyə həsrət dolu gözlər qoyub getdin. Qol vurulanda hiss elədimki yaman tərləmisən.Yaxşıkı açıq rəngli köynək geyinmişdin. Əlivi yuxarı qaldırmaq bəs elədi. Di gəl ki, bu xəcalət təri deyildie.

 

Mətbuat konfrasında deyirsənki, heç bir eksperimentə əl atmaram belə vacib bir oyunda. Adə, sənin burda olmağın elə əsl eksperimentdi də. Nəyi qoyub, nədən danışırsan? Arada fikir verdim, futbolçuların üstünə "xod" da gedirdin. Əlindən elədiyin guya taktiki gediş hərəkəti, “nemes”cə bozarmağın. Yaman dəyişilmisən. Bəlkə də aclıqdandı. “Ac olanda özüvü lap məşqçi kimi aparırsan”

 

Oyundan sonra qəşəng bir şam yeməyi. Dincəlib düşərsən məhləyə. Çayxanada bir şeş-beşdən zaddan oynayarsan. Sonra da qalx evə. Dur güzgünün qabağında. Özunnən fəxr elə. Fəxr elə ki, burda məşqçilik eləməklə nəticəvin belə rahat yaşaması üçün babat pul yığdın. 

 

Salma nemestliyivə. Haqqa gəl, imana gəl. Səni qovalamasalar da, öz xoşluğunnan çıx get “cənab”, Foqts.

 

Orxan Həsənquliyev

Xəbər xətti