Kapitan məğlubiyyəti belə şərh etdi
Bolqarıstan yığmasına 1:2 hesabı ilə məğlub olan milli komandamızın kapitanı oyun haqda fikirlərini bildirib.
Sportal.az qol az. saytına istinadən xəbər verir ki, təcrübəli oyunçu məğlubiyyəti belə şərh edib :
"Çox məyusuq. Nəticə bizim üçün gözlənilməz oldu. Oyunu yaxşı başlamışdıq. Lakin ilk qoldan sonra oyunda nəzarəti itirdik. İkinci hissəyə də yaxşı başladıq və qol vurduq. Yenidən bizdə özünəinam hissi yarandı, hücumların sayını artırdıq. Lakin rəqib təzyiqləri artırdı və öz səhvimizdən qol buraxdıq. Məğlubiyyət üçün çox səbəb gətirmək olar, ancaq bunların heç biri nəticəni dəyişmir. Təəssüf ki, rəqib istədiyi nəticəni əldə edə bildi. Üçüncü yer uğrunda Bolqarıstan yığması ilə mübarizə aparmaq istəyirik. Bu məğlubiyyətlə biz onların irəli keçməsinə imkan verdik".
Rəşad Sadıqov həmçinin millimizin qrupdan çıxmaq şansının azaldığını bildirib.
saytlarin hazirlanmasi