Sən də günahkarsan, canab Foqts! YAZI

14:35 - 10 Sentyabr 2014

Qəti ədalət prinsipi yoxdur millidə

 

Sual! Dünən millinin oyununu kimlər izlədi? Yaxşı, suala bir az düzəliş edim. Millimizin oyununu dünən kimlər səbrlə sona kimi ilzlədi? İnanmıram sıravi azarkeş oturub oyunu sonadək izləsin. Nəyinə lazım əsəblərini korlasın, onsuz da müasir dövrdə insanların yetəri qədər problemləri və stress içində keçən həyat tərzləri var. Vallah mən də yazı hazırlamalı olmasaydım, çətin ki, oyuna sonadək baxardım. Nə isə …. Keçək mətləbə.

 

            Səhər yuxudan oyanan kimi internetə daxil oldum ki, bəlkə gecə saatlarında AFFA rəhbərliyi tam heyyətlə istefa vermiş olar amma yox ümidlərim puç oldu. Oxuduqarım məni dəhşətə gətirdi. Hamı düşüb “yazıq” Foqtsun üstünə! …… Elə deməyin əziz oxucular, yazıq ilan niyə?! Bu kişinin heç bir  günahı yoxdur. Qandığı, bacardığı, potensialı budur da… Heç bizə yaraşırmır ki, ağsaqqal kişinin xətrinə dəyək, bu ahıl yaşında onu küçələrə ataq. Axı bizim mentalitetimizə sığmır bu. AFFA bu prizmadan yanaşır məsələyə, onun üçün Foqts nə desə, baş üstə, səssiz, səmirsiz!

 

            Oyun zamanı, oyun sonrası apardığım qeydləri Sizlərlə paylaşmaq istəyirəm.. Əvvəlcə nəzərinizə çatdırım ki, mənim məşqçilik üçün “Pro” lisenziyam yoxdur. Yəni, bunu ən adi azarkeş də görür.

 

Birincisi - komandamızın hücumu zamanı fikir verdim ki, komanda ikiyə parçalanmışdı. Hücumda hərəkətsiz hücumçular top gözləyir, müdafiəçilər isə qapının ağzında oyun qurmağa çalışır. Orta sahədə isə bir “başıpapaqlı” yoxdu. Rəşad, Bədəvi, Qara, Ufuk, Mahir, Ruslan öz sahəmizdə paslaşır, birdən kənardan kimsə nəsə deyir, top uzaq ötürmə ilə qapanan Bolqarıstan müdafiəsinin arxasına atmağa çalışılır. Belə futbol anlayışı bircə bizdə qalıb. Müasir futbolda belə bir şey yoxdur. Müasir futbol getdikcə futzala bənzəyir. Tam heyyətlə hücum və tam heyyətlə müdafiyə, yerlə qısa paslar, oyunu kənarlara daşımaq, kənar asmalar müasir  futbolun tələbləridir. Bizdə isə “Həsənağa, vur qabağa”! Mən oyunçuların oyun əzmindən gileyənməyəcəm. Ən azından hücumçularımız belə top rəqibdə olanda qarşıda pressinq tətbiq etməyə çalışırdılar. Amma rəqib sahəsində pressinq etmək üçün gərək komandanın fiziki hazırlığı ideal səviyyədə olsun. Bu məsələ də isə Foqtsla razılaşmamaq olmaz. Azərbaycan futbolunun ən yaralı yeridir bu. Klublarda oyunçuların fiziki hazırlığı çox aşağı səviyyədə keçirilir. Oyunçuların tez-tez zədələnməsi, oyunların təxirə salınması bunun göstəriciləridir. Amma burda da bir məsələ var necə olur ki, Qurban müəllim oyunçuların gücündən səmərəli istifadə edir? Deməli, burda sənin də günahın var, canab Foqts. Faydalı iş əmsalı deyilən məfhum var. Necə deyərlər, “ Qılınc həmən qılıncdır, bilək həmin bilək deyil”.

 

            İkincisi - Cənab Foqts oyundan sonra belə bir açıqlama verib ki, mən 4 legionerlə oynamıram. Deyəsən, yazıq lap başını itirib, bu 6 ildə milliləşdirilən oyunçuların sayından xəbərin var? Fərqi nədir legioner və ya lipa. Bəs bizlər deməkdən usandıq, amma siz anlamaq istəmirsiz. Milliləşdirin, amma səviyyəli legionerləri. Daha sonra müsahibəsində bildirib ki, müdafiədə problemlərimiz təcrübəli Levin və Elnurun yoxluğundan irəli gəlirdi. Adama deyərlər ki, “a mən deyən”, sən Levinin axırıncı dəfə hansı oyununa baxmısan? Yəqin bu min doqquz yüz çoxdanıncı illərdə olub. Levin indi güclə gəzir, qalmışdı futbol oynaya. Bax budur Foqts, oyunçu seçimləri ilə hamının əsəbləri ilə oynayır. Qəti ədalət prinsipi yoxdur millidə.

 

            Üçüncüsü - qazonun vəziyyətidir. A kişilər, qarşısına 3-cülük məqsədi qoyulan komandanın stadionlarında qazon bu vəziyyətdə olar? Buna Foqts neynəsin? Elə təsəvvür edək ki, dünən Maltanı qəbul etmişik. Qapanan rəqibə qarşı beə bir meydanda mübarizə aparmaq mümkünsüzdür. Siz bu variantdan evdə İtaliya və Xorvatiya millisini qəbul edəndə istifadə etsəniz daha məqsədəuyğun olar.

 

            Dördüncüsü – Tərlan Quliyev. Tərlan gənc perspektiv vəd edən ounçudur. Ola bilər ki, yığmaya hamıdan artıq layiq olsun. Bəs “komanda” nə deməkdir? Ən azından bir neçə oyunda yoxla, komandaya türklər demiş “monte” et, sonra oyuna burax. Tərlanı oynatmaq dünən böyük bir risk idi. Tərlan Allahın sevimli bəndələrindən idi ki, stabil oynadı yoxsa…….

 

            Beşincisi – yığmanın təlim-məşq toplanışlarının məqsədi, məramı mənə çatmır. Anlamıram, bu 6 ildə oyunçuları seçib qurtarmayıb ki, hər oyun eksprimentlər aparır? Cənab Foqtsa bu məqaləni tərcümə edən olsaydı, ona çatdırın ki, əgər eksprimentlər aparmaq istəyirsinizsə A-2 komandası yaradın, oyunçuları ora cəlb edin yoxlayın. “Tutar qatıq, tutmaz Özkara!” Əsas heyət isə daim birlikdə oynamalıdır ki, xəttlərarası əlaqə yaransın, oyunçular oyun zamanı bir-birini anlasın, komanda komplektləşsin, konret oyun tərzi osun. İstər bu müdafiyə meyilli olsun, istər əks hücum, istər hücuma meyilli oyun tərzi. Anlamıram Azərbaycanda nə qədər oyunçu var hamısını yoxlamaq istəyir ki?

 

            Altıncısı – oyun sonrası mətbuat konfransında Rüfət Dadaşov barədə verilən suala cavabı ilə bağlıdır. Dünən mən konfrans zalında olmamışam, bunu ancaq bizim mətbuatdan oxumuşam ki, “ Foqts almanca cavab verdi və zalı tərk etdi”. Düzü, anlamadım Foqts hansı dildə danışırdı ki? Burda deyilləreee, hər şeyimiz düzəldi, qaldı saqqal darağımız.

 

            Yeddincisi – Son günlər ən aktual mövzu Reynaldo Silvanın milliləşdirilməsidir. Yəqin AFFA elə bilir ki, Reynaldo gəlib nəsə qeyri-adi bir şey edəcək. Edər, amma bir oyun, bir qol. Reynaldonu topla bəsləmək lazımdır. Reynaldo top ilə birlikdə təhlükəli oyunçudur, topsuz yox. Sizcə, Reynaldo təkbaşına İtaliya və Xorvatiyanı udacaq? Elə bilirlər ki, Qurban müəllimin sirri də, gücü də Reynaldodadır. “Mən qaval daşını gətirməmişəm, amma sirrini deyə bilərəm”. Qaval daşı Almeydadır, sirri isə pas oyunu, dünyaca məhşur “tiki-taka” taktikası.

 

            Səkkiz – oyunun sonlarında azarkeşlər “Qurban, Qurban” deyə, təzahürat edirdi. Sizə qurban, Qurbanla işiniz olmasın. Kişinin öz missiyası var. Həm inanmıram indiki şəraitdə təklif gəlsə belə, Qurban müəllim qəbul edə. Çünkü vaxt amili var. “Qarabağ”ın Qurbanı buraxacağı inandırıcı görünmür. “Qarabağ”ın Avroliqa oyunları üstəgəl Premyer Liqa və Azərbaycan kubokunda iştirakını nəzərə alsaq, həm millidə, həm yığma da işləyəcəyi də inandırıcı görünmür. Həm Qurban müəllim təklifi qəbul etsə belə, indiki rəhbərliyi ilə AFFA rəhbərliyi arasında yerlə göy arasında fərq var bunu nəzərə almalıdır.

 

            Bircə çıxış yolu qalıb, damarlarında Azəri qanı daşıyan, əsl soydaşlarımızın, başda kapitan Rəşad Sadığovun başçılığı ilə Berti Foqts rəhbərliyi altında millini boykot etməsinə!!!

 

Azərisoy

Xəbər xətti