"Bolqarıstan yığmasını udmaq olardı"

01:00 - 11 Sentyabr 2014

Ceyhun Sultanov: "Bəzən “vuruşmaq”da uğurlu nəticə qazanmaq üçün yetmir"
 
 
AVRO-2016-nın ceçmə mərhələsində milli komandamız ilk oyununu Bolqarıstan yığmasına qarşı keçirib. 
 
Sportal.az xəbər verir ki, Berti Foqtsun başçılıq etdiyi komandamız ilk oyunda bolqarlara evdə 2:1 hesabı ilə məğlub olub. Milli komandamızın sabıq oyunçularından biri Ceyhun Sultanov yığmamızın bolqara məğlubiyyətinə belə şərh verib: 
 
“Əslində millimiz bolqara qarşı pis oynamadı. Millidə ən xoşuma gələn cəhət qələbə qazanmaq istəyi idi. Futbolçularımız meydanda mübarizə aparıb “vuruşdular”.  Ancaq bəzən “vuruşmaq”da uğurlu nəticə qazanmaq üçün yetmir. Hardasa bu oyunda təcrübə öz sözünü dedi. Ona görə də, futbolçularmızı qınamaq olmaz. Müdafiə xəttində səhvdən istifadə edib bolqarlar qapımızdan iki top keçirdilər. Hesab 1:1 olanda gərək komanda müdafiəyə cəkilməzdi. Əksinə, hücumda təzyiqi artırıb rəqibə oynamaq imkanı vermək lazım deyildi. Müdafiəyə çəkilməklə bolqarlara oynamaq imkanı verdik. Ondan sonra da artıq qapımızda ikinci qolu gördük. Bolqarıstan yığmasını evdə udmaq olardı. Adətən komandamız rəqiblərindən evdə xal ala bilir”. 

Xəbər xətti