Gəncə qapıları etibarlı əllərdə VİDEO

15:49 - 11 Sentyabr 2014

Gənc qapıçılar üçün xüsusi məşğələlər keçirilir

 

Gəncə şəhər stadionunda master klass dərsləri davam edir.

 

Sportal.az xəbər verir ki, məşğələləri "Kəpəz" futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. 

 

"Təhsil Respublika İdman Mərkəz"inin Gəncə Filialının məşqçi müəllimləri təlimə 20-yə yaxın yeniyetmə qapıçı dəvət edib. Məşqçilər növbəti təlimdə gənc qapıçılara bu mövqedə oynamağın yollarını izzah edib, öz təcrübələri ilə bölüşüb, ardınca isə yungül məşqlərlə kifayətləniblər. Gənclərin təcrübəli qapıçıların bilik və bacarığından faydalanması üçün belə məşqlərin müntəzəm olaraq təşkil olunması nəzərdə tutulub. Mərkəzin direktoru Xəyal Zeynalov belə məşğələlərin keçirilməsini çox yüksək qiymətləndirib və bundan sonra da qapıçılarla ustad dərslərinin təşkilində əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib: “Bizə göstərilən diqqətə və dəstəyə görə hər kəsə təşəkkür edirik. Əsas məqsədimiz Gəncədə istedadlı qapıçıları üzə çıxarmaq və aşağı yaş qrupu üzrə komandaların qapıçılarına təcrübə qazandırmaqdır. İlk dəfə olaraq Gəncədə mən və həmkarım Tariyel Hüseynov bir qapıçı məktəbi yaratmışıq. Məqsədimiz Azərbaycan futboluna faydalı olacaq futbolçuları ortaya çıxartmaqdır”. 
 

Qeyd edək ki, bir neçə dəfə milli komandaya dəvət alan Xəyal Zeynalov uzun müddət Gəncənin “Kəpəz” komandasının əsas qapıçısı olub. Zeynalov “Kəpəz”in heyətində 1 dəfə Azərbaycan kubokunu, 2 dəfə isə Ölkə çempionluğunu qazanıb.

 

 

Xəbər xətti