Tahir Süleymanov: "Böyük oyun"u stadiondan izləməyəcəm, əgər..."

16:53 - 11 Sentyabr 2014

Eks vitse-prezidentdən açıqlama

 

"Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanov "Böyük oyun"la bağlı maraqlı faktlar dilə gətirib.

 

Sportal.az saytına danışan Tahir Süleymanov: "Neftçi" - "Xəzər Lənkəran" matçını stadiondan izləyə bilməyəcəm.Əgər hər hansı bir telekanal canlı yayımlayarsa,televizayadan izləyərəm. Lakin,məlumatlara görə oyun canlı yayımlanmayacaq.Belə olan halda internet vasitəsi ilə,izləməyə çalışacam. Təbii ki, oyunun canlı verilməməyi və rəqib komandanın azarkeşlərinin stadiona buraxılmaması və s. kimi hallar derbiyə ollan marağı azaldır. Bu futbolumuz üçün mənfi hal kimi qiymətləndirilə bilər. Ancaq burada hər hansı bir qurumu günahlandırmaq olmaz. Bu iş kompleksli şəkildə həyata keçməlidir." deyə bildirib.

 

Daha sonra "Qarabağ"ın "Avropa Liqası"nda oynamasına da toxunan Tahir Süleymanov belə açıqlayıb : " Təbii ki 5-6 il bundan qabaq heç kim inanmazdı ki hər hansı bir klubumuz Avropada belə uğur qazanar. Lakin əsası "Neftçi" klubu ilə qoyulan uğuru hal-hazırda "Qarabağ" inamla davam etdirir. Təbii ki, Ağdam klubuna uğurlar arzulayır və onun timsalında digər klublarımızın da bu uğur üçün əllərindən gələni etməsini istəyirik."

Xəbər xətti