Berti Foqtsa nümunə: "Qarabağ"lı futbolçunun millisinə məğlub oldu, məsuliyyəti üzərinə götürdü və istefa verdi

00:10 - 12 Sentyabr 2014

2 il əvvəl AÇ-də bürünc qazanan məşqçi uğursuzluqları həzm etmədi

 

Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu tutduğu postdan istefa verib.

 

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, onun istefasına səbəb uğursuz nəticələr olub. DÇ-2014-də qrupdan çıxa bilməyən Portuqaliya daha sonra AÇ-2016-nın seçmə mərhələnin ilk oyununda Albaniyaya məğlub olub. Qeyd edək ki, Albaniya yığması üçün tarixi matçda “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də 90 dəqiqə meydanda olub.

 

Bentunun yerinə namizədlər siyasıhında Vitor Pereyra və Fernandu Santuşun adı hallanır.

 

Xatırladaq ki, Paulu Bentu Portuqaliya millisnə 2010-cu ildən başçılıq edib və komandaya Aç-2012-də bürünc medal qazandırıb. 2 il əvvəlki uğura baxmayaraq, Bentu uğursuzluqdan sonra getmək qərarına gəlib.

 

Müqayisə üçün deyək ki, Azərbaycan millsinə ciddi heç bir yenilik gətirməyən Berti Foqts hər dəfə istefa vermək əvəzinə məsuliyyəti futbolçuların üzərinə atır.   

Xəbər xətti