"Xəzər Lənkəran"ın baş məşqçisi: "Neftçi"də baş verən dəyişikliklərə önəm vermək lazım deyil"

01:15 - 12 Sentyabr 2014

Oğuz Çətin: "Neftçi" ilə oyunun azarkeşsiz keçirilməsi hamımızı üzür"
 
Azərbaycan Premyer Liqasında 5-ci turun mərkəzi oyunu "Neftçi" –  "Xəzər Lənkəran"  komandaları arasında baş tutacaq.  
 
Sportal.az xəbər verir ki, bir neçə gündür ADBTİA-nın stadionunda "Xəzər Lənkəran" derbi matçına hazırlaşır. "Böyük oyun" öncəsi baş məşqçi Oğuz Çətin komandasının qarşılaşmaya hazırlığından söhbət açaraq matçın azarkeşsiz keçirilməsinə də münasibət bildirib:           
 
"Neftçi" ilə oyuna iki gün var. Futbolçular bu matça yüksək səviyyədə hazırlaşırlar. Belə bir qarşılaşmasnın azarkeşsiz keçirilməsi bizi də üzür. Bunu illər boyu biz Türkiyədə də yaşayırıq. "Fənərbaxça" – "Qalatasaray"  matçları və digər derbilər də azarkeşsiz oynanılır. Bəzən azarkeşsiz oynanılan qarşılaşmadan sonra belə tərafdarlar arasında qalmaqallar baş verir. Bunun qarşısını almaq çox çətindir. Çünki, azarkeşlər arasında  toqquşmalar stadiondan kənarda yaranır. Əfsuslar olsun ki, belə qalmaqalların baş verməsi sonda oyunun azarkeşsiz keçirilməsi ilə nəticələnir. "Neftçi" ilə oyunun  azarkeşsiz keçirilməsi hamımızı üzür. Əlbəttə, onların yoxluğu əleyhimizə işləyə bilər. Ancaq komanda olaraq azarkeşlərimizin nəfəsini duymalı onlara qələbə bəxş etmək üçün sona qədər mübarizə aparmalıyıq". 
 
“Neftçi”də baş verən məşqçi dəyişikliyinə önəm vermək lazım deyil. Belə şeylər xeyrimizə deyil, əleyhimizə işləyə bilər. Oyuna motivasiya olmalıyıq ki, səfərdən uğurlu nəticəylə qayıda bilək. Əslində yeni məşqçinin gəlişindən sonra komandada canlanma baş verir. Futbolçular da əsas heyətdə yerini qorumaq üçün özlərini göstərməyə çalışırlar. "Neftçi"nin heyətində səviyəli oyunçular çoxdur. Ona görə işimizi ehtiyatlı tutmalıyıq. Ümumiyyətlə, məşqçi dəyişikliklərin olmasına baxmayaraq, belə derbi oyunlarda hər hansı bir komandanı favorit saymaq düzgün deyil. Hansı komanda daha yaxşı oynasa, o da qazanacaq”.                                        

Xəbər xətti