"Görək, nə edirik"
Premyer Liqanın “Böyük oyun”undan canlı yayımın olmaması futbolsevərləri çox məyus eləyir. Çünki həm ölkə daxilində, həm də ölkə xaricində olan klubların azarkeşləri bu oyunu izləyə bilməyəcəklər.
“İdman Azərbaycan” bu oyunu yayımlamasa da, çoxları “Xəzər Lənkəran” klubunun internet kanalına ümidli idilər. Klub kanalı demək olar ki, komandanın bütün oyunlarını cənublu azarkeşlərə keyfiyyətli şəkildə təqdim edir.
Deyəsən, bu dəfə heç internetdən də yayım təşkil etmək olmayacaq. Sportal.az saytına açıqlama verən “Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məsələyə aydınlıq gətirdi:
“Klub kanalı ilə bu oyunu da internet üzərindən yayımlamaq istəyirik. Ancaq bəzi problemlər var. “Neftçi”nin mətbuat katibi ilə əlaqə saxladım. Lakin onun dediyinə görə, İsmət Qayıbov adına arenada yayım üçün lazımı şərait yoxdur. VİP tərəfdən kamera qoymaq üçün yer yoxdur, əks tərəfə isə ümumiyyətlə elektrik xətlər çəkilməyib. Hər halda bu gün yerində şəraitlə tanış olacağıq. Görək, nə edirik”.
Qeyd edək ki, “Neftçi” - “Xəzər Lənkəran” matçı sabah saat 17:30-da başlanacaq.
saytlarin hazirlanmasi