Nurullah Sağlamdan Foqtsa cavab: "Onun danışmağa haqqı çatmır"

16:50 - 12 Sentyabr 2014

"Bir dəfə olsun Foqts və ya köməkçiləri gəlib millinin üzvlərini oyununu izləyiblər?"

 
AVRO-2016-nın seçmə qrup mərhələsinin ilk oyununda millimiz evdə Bolqarıstan yığmasına 2:1 hesabı ilə məğlub oldu.
 
Sportal.az xəbər verir ki, həmin qarşılaşmadan sonra keçirilən mətbuat konfransında baş məşqçi Berti Foqts bəzi futbolçuların oyunundan narazı qaldığını bildirib. Xüsusən də almaniyalı mütəxəssis Vaqif Cavadovla Üfiq Budağın oyununu bəyənmədiyini  gizlətməyib.
 
"Qaziantep BB"nın baş məşqçisi Nurullah Sağlam isə Foqtsun fikirləri ilə razılaşmayıb:
"Berti Foqts iddia edir ki, hər iki oyunçu millinin düşərgəsinə hazırlıqlı gəlməyib. Ancaq mən belə deməzdim. Bizim komandadan milliyə dəvət alan futbolçular fiziki cəhətdən hazırdırlar. Vaqif Cavadov, Ufüq Budaq və Rəhman Hacıyev ilk oyunda yaxşı təsir bağışladı. Vaqif qol vurdu, Rəhmanla Üfiq də əllərindən gələni etdilər. Berti Foqts məğlubiyyətə əsas gətirə bilmədiyi üçün günahı futbolçularda axtarır. Əslində belə şeylər baş məşqçiyə başıucalıığı gətirmir. Bir dəfə olsun Foqts və ya köməkçiləri gəlib millinin üzvlərini oyununu izləyiblər? Belə olan halda onun danışmağa haqqı çatmır" 
 
Nurullah Sağlam alman məşqçinin Türkiyə birinci liqasını Azərbaycan Premyer Liqasından zəif hesab etməsi fikiri ilə də razılaşmayıb:
"Foqts Azərbaycan Premyer Liqasını Türkiyənin aşağı dəstəsindən güclü hesab edir. Əgər gəlib görsə ki, buranın aşağı dəstəsində adlı-sanlı futbolçular oynayır onda belə danışmaz. Bobo, Nobre kimi səviyyəli oyunçular indi birinci liqada oynayır. Birinci liqada mübarizə aparan klubların maliyyəsi sizin iddialı komandalardan çoxdur. Ona görə də Azərbaycan Premyer Liqasını Türkiyə aşağı dəstəsiylə müqayisə etmək düzfün deyil".

Xəbər xətti