"Xəzər Lənkəran"ın baş məşqçisi məğlubiyyətdən danışdı
Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi”yə 0:1 hesabı ilə uduzdu.
Sportal.az pfl.az-a istinadən xəbər verir ki, "Xəzər Lənkəranın baş məşqçisi məğlubiyyəti belə şərh edib :
“Çempionata pis başladıq, pis də davam edir. Bu günkü oyunun nəticəsi belə olmamalı idi. 3 xal itirmək çox pisdir. Qırmızı vərəqə və penaltidən sonra komandamız qol vurmalı idi. Futbolda nə qədər çalışsan belə, əsas iş qol vurmaqdır. Bizim hazırda ən böyük problemimiz qol vura bilməməkdir. Oyunda “Neftçi” 10 adamla müdafiə olundu, biz qol vurmağa çalışdıq. İstənilən halda, məğlub olduq. Artıq bu oyun başa çatdı. Qarşıdakı oyunlara baxmalıyıq. Bizim məqsədimiz yaxşı oynamaq, qələbə qazanmaqdır”.
saytlarin hazirlanmasi