"Rövnəq Abdullayev futbolçularla görüşmüşdü və hiss olunurdu ki…"
Ölkəmizin tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov millimizin Bolqarıstana qarşı oyunu ilə bağlı fikirlərini bildirib.
Sportal.az saytına açıqlama verən Hüseynov millinin pis oynamadığını deyib:
“Oyundan qabaq Rövnəq Abdullayev futbolçularla görüşmüşdü və hiss olunurdu ki, milli üzvləri meydançaya yaxşı əhval-ruhiyyədə çıxmışdılar. Bu oyunda millimiz pis təsir bağışlamadı. Qol vurmaq üçün də şanslarımız var idi. Öz səhvlərimizin ucbatından uduzduq”.
Yunis Hüseynov Reynaldonun milliləşdirilməsinə də münasibət bildirib:
“Reynaldo yaxşı futbolçudur, amma bir oyunçu ilə milli dəyişməyəcək. Şəxsən mən yerli futbolçuların millidə oynamasının tərəfdarıaym. Türkiyədən, Almaniyadan gətirilən futbolçulara nə ehtiyac var ki? Onların mövqeyində elə bizimkilər də eyni oyunu sərgiləyərlər də. Ancaq Reynaldo həmin milliləşdirilənlərdən daha güclü futbolçudur”.
saytlarin hazirlanmasi