Şahin Diniyev: "Həmin qələbəyə görə hər birimiz 2000 manat mükafat aldıq" MÜSAHİBƏ

10:00 - 29 Mart 2017

Martın 28-i Azərbaycan milli komandasının tarixində ən yaddaqalan qələbələrdən biri olan Finlandiya yığması üzərində qalibiyyətin 10 illik yubileyi idi.
 
Sportal.az xəbər verir ki, 2007-ci ilin həmin günü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən AVRO-2008-nin seçmə mərhələ oyunu 1:0 hesablı qələbəmizlə nəticələnmişdi.
 
Bu qələbə Şahin Diniyevin baş məşqçiliyi dövrünə təsadüf etmişdi. Həmin Diniyev ki, millidə 2 ilə yaxın fəaliyyətində ilk və yeganə rəsmi qələbəsini məhz finlər üzərində qazandı. Özü də Polşa yığmasına Varşavada 0:5 hesablı ağır məğlubiyyətdən 4 gün sonra.
 
Yaxın keçmişə səyahət etmək üçün Diniyevlə söhbətləşdik. Bu tarixi oyunu xatırlatdıqda təcrübəli mütəxəssisin xoş nostalji hisslərə qapıldı. 
 
- Həmin günü yaxşı xatırlayıram. Sadəcə, tarix dəqiq yadımda deyil. Oyun çox yaxşı yadımdadı.
 
- Matçı necə canlandıra bilərdiniz?
- Oyundan öncə olduqca pis ab-hava vardı. Bunları unutmaq olmaz. Finlandiya ilə matçdan öncə Polşada böyük hesabla - 0:5 uduzmuşduq. Bu qarşılaşmada Emin İmaməliyevin 2-3 qolda səhvi olmuşdu. Bunu onun Finlandiya ilə matçda qələbə topunu vurmasına gətirəcəyəm. Demirəm ki, biz Eminə görə uduzduq. Sadəcə, psixoloji amil var. Demək olar hər bir şey bizim üstümüzə gəlirdi. Həmin çətin anda tək qalmışdıq. İndiyədək yadımdadır. yalnız AFFA-nın o vaxtkı baş katibi Fuad Əsədov Polşa ilə oyundan sonra yanımızda gəldi, mənəvi dəstək oldu. O vaxtlar qəzetlər daha çox dəbdə, nəinki saytlar. Saytlar demək olar yox idi, çox az idi. Televizoru açırdın. tənqidləri eşidirdin. Ən çox televiziya və qəzetlərin hədəfində idik. Bunu incimək kimi demirəm. Sözümün canı odu ki, komanda çox təzyiq altında idi. Haranı açırdın, kobud dildə desək "baltalayırdılar". Nə qəzetə baxa bilirdik, nə də televiziora. Vəziyyət çox ağır idi. Kollektiv daxilində ümumi sükut doğuran ab-hava vardı. Komandada yalnız baş məşqçi olaraq mənimlə futbolçular qalmışdı. Belə deyək ki, başabaş qalmışdıq. Kənardan heç bir dəstək yox idi. Oyuan 1 gün qalmış qaldığımız "Neapol" otelinə məşqçilər qrupu gəldi. Onlar arasında Ağasəlim Mircavadov, Vaqif Sadıqov vardı. Bizimlə görüşə dəstək olmaq üçün gəlmidşilər. Sağ olsunlar, həmin vaxt məşqçilər heyəti gəldi, bizə dəstək olmağa çalışdılar. Ancaq onların bu gəlişi də komandanı şokdan çıxara bilmirdi. Arada 3 gün vaxt vardı. Futbolçular həm məşqdə, həm də ondan kənarda böyük bir təzyiq alıtnda idilər. Belə vəziyyətdə komandanı psixoloji cəhətdə hazırlamq çox çətin idi. Demək olar mümkünsüz idi. Bir şeyi də sizə açıq deyirəm...
 
- Buyurun...
- Mən Fuad müəllimə oteldə görüşümüzdə dedim ki, Finlandiya ilə matçın nəticəsindən asılı olmayaq istefa verəcəyəm. Vəziyyəti İzah etdim ki, tək qalmışam, belə durumda işləmək çox çətin idi. Futbolçularal aramızda problem yox idi, Mən özüm də onlardan beşbetər qəlbəni çox istəyiridim. Ancaq ağla gəlməyən çox ağır bir ab-hava vardı. Əsədova dedim ki, milli komandanı son oyuna çıxarıram və istefa ərizəmi yazacağam. Fiad müəlim isə işimi davam etdirməyimi tövsiyə etdi. Dedi ki, yaxşı olar. Bunu bizi dəstələmək üçün söyləyirdi, ancaq reallıq başqa şeyi deyirdi.
 
- Qələbədə həlledici nə oldu?
- Futbolçular məğlubiyyətdə sonra tək qaldıqlarını gördülər. Məlumdu ki, məğlubiyyət yetimdi, qələbənin ata-anası çoxdu. Bunu real vəziyyətdə yaşadığımızı sizə deyim. Məşqlər, oyuna hazırlıq ağır gedirdi. Futbolçularla çox söhbətim oldu. Təkbətək də danışırdım, qrup halında da. Hər şeyi unudub matça köklənməyə motivasiya edirdim. Şükür Allaha ki, futbolçular toparlanaraq qalib gəldilər. Yadınızdadırsa, oyundan sonra 50 dəqiqə mətbuat konfransına gəlmədim.
 
- Xatırlayıram, onda mətbuat konfransında iştirak edirdim...
- Bəli, var idiniz. Rəhbərliyə fikrimi demişdim ki, sağlılamlığımdakı problemlə əlaqədar getmək istəyirəm. Bu məsələni bir gaha müzakirə etdik.
 
- Konkret kimlərlə?
- İnsanların adını çəkmək istəmirəm. 5 nəfər idilər, rəhbərlik vardı. Geniş söhbətimiz oldu. Dedim ki, mətbuat konfransında istefa verdiyimi açıqlayacağam. Bunu sizə deyirəm ki, başınızın üstündən hərəkət etmirəm. Məni çox dilə tutdular ki, yox, hara gedirsən, sən qələbə qazanmısan. Söhbətimiz uzun çəkdi, mən getdiyimi deyirdim, onlar qalmağımı israr edirdi. Təxminən 1 saatlıq müzakirədən sonra belə ortaq məxrəcə gəldik ki, bu seçmə mərhələni başa vurum, sonrasını özün seçim edərəm. Bu dəqiqə getmək düzgün deyil. İnidyədək yaydımadır, jurmalistlər dedim ki, istefa vermək istəyirdim, ancaq rəhbərlik buraxmadı. Onu da bildirdim ki, siz bizə qarşı qəddar idiniz. Futbolçuları tənqid yox, təhqir edirdilər. Jurnalistlərə böyük hörmətimin olduğunu diqqətlərinə çatdırdım. Onu da söylədim ki, əfsuslar olsun, 2 oyun dözmədiniz.
 
- Qələbə topunun müəllifi olan Emin İmaməliyev Polşadakı uğursuz oyundan qəhrəman oldu...
- Məndən sonra ikinci ən böyük təzyiq altında Emin idi. Onun səhvindən hansısa qollar vurulmuşdu. Hər bir futbolçu səhvi ola bilər. Polşada İmaməliyeva uduzmadı ki,.. Komanda uduzdu. Emini yanıma çağırdım. Psixoloji cəhətdən çox düşmüşdü. Ona dedim ki, gəl, belə edək, səni əsas heyətdə meydana buraxmayım. Bu, o demək deyil ki, sənə kimsə təzyiq edib, ona görə buraxmıram. Yox. Özüm görürərm ki, psixoloji cəhətdən düşmüsən. Mən yenə səni əsas heyətə qoyacağam. Ancaq görürəm ki, bu oyunda təzyiq altındasan. Emin mənimlə razılaşdı. Mənə dedi ki, oyuna psixoloji cəhətdən haızr deyiləm. Ona söz arası dedim ki, meydana çıxıb qolunu vuracaqsan, hər şey unudacaqsan. Əstafüllah, mən Allah deyiləm ki, nə deyirəmsə, o da olsun. Sadəcə, doğrudan da dediyim kimi oldu. Əvəzetmədən əvvəl futbolçuların gözünə baxırdım. Gördüm ki, Eminin gözündə yanğı var, artıq psixoloji çətin durumdan çıxıb. Özünü sübut etmək, inamı geri qaytarmaq istəyir. Mən də onu sona yaxın meydana buraxdım, çıxıb fərqləndi, O vaxt Yari Litmanenin oynadığı Finlandiya yığması daha güclü idi, nəinki indi. Komanda tənqiddən nəticə çıxardararq yaxşı oynadı və layiqli qələbə qazandı.
 
- Siz istefa vermədiniz, ingiltərəli həmkarınız Roy Hocson bunu etdi. Yəqin ki, onu hər dəfə televiziyada görəndə bu matçı xatırlayırsınız..
- Elədi, Hocson onda istefa verdi. O, sonradan İngiltərə millisinin də baş məşqçisi oldu. Belə bir oyunda detlar çox idi. Belə mənzəər vardı ki, onu dqeyd etmək istəyirəm. Azarkeşlər ilk dəfə stadionda mobil telefonların işıqlarını yandıraraq qqələbəni qeyd edirdilər. Başlanğıc onda olmuşdu.
 
- Maraqlıdı, onda mükafat nə qədər olmuşdu?
- Açıq deyim ki, baş məşqçi daxil olmaqla komandanın bütün üzvlərinə - hər bir futboluya 2000 manat verilmişdi. Mən hər şeyi açıq şəkildə deyirəm. O vaxt mükafata ehtiyacımız yox idi. Bizə ağır məğlubiyyətdən sonra qələbə qazanmaq önəmli idi. Ancaq məbləği gizlətmirəm, açıq deyirəm. Həmin pulu hamımız aldıq. O vaxt mükafatla bağlı belə prinsip qoymuşdum ki, hər kəs eyni məbləğ alsın. Onda 2000 manat böyük pul deyildi. (Sport24.az)

Xəbər xətti