Bu dəfə biz Baku Medikal Plaza Klinikasının OTİM (Ortopediya və Travmatologiya,İdman Cərrahiyyəsi və Fizioterapiya Mərkəzi) bölümündən Uzman Dr. Şəhriyar B. Fətullayev ilə Ön Çarpaz Bağ yaralanmaları haqqında danışdıq.
- Diz oynağında ön çarpaz bağ yaralanmaları haqqında tez tez eşidirik. Bununla bağlı qısaca nə deyə bilərsiniz ?
- Ön çarpaz bağ dizin normal funksiya görməsi üçün vacib sabitləyici bağlardan biridir. Bu bağ bud sümüyü və qamış sümüyü arasında yerləmiş olub qamış sümüyünün hərəkətlər nəticəsində önə doğru yerdəyişməsini əngəlləyir.11 mm qalınlığında və 38 mm uzunluğunda olan bu bağ 2 dəstədən təşkil olunmuşdur(anteromedial və posterolateral dəstələr). Bağın içərisindən incə bir damar şaxəsi keçir.Ona görə də diz travması alıb dizi şişən hər 3 xəstənin 2-sində ön çarpaz bağ yaralanması (həssəvi və ya tam) görülür.
- Ön çarpaz bağ yaralanması nə zaman meydana gəlir ?
- Bu bağ sabit ayaq uzərində dayanarkən bud sümüyünün qamış sümüyü üzərində ani dönməsi nəticəsində zədələnir. Xəstələr dizlərindən ``səs` gəldiyini və birneçə dəqiqə sonra dizdə şişlik və hərəkət məhdudluğunun olduğunu söyləyirlər. Şiddətli ağrıdan futbolçu və ya basketbolçu idmana davam edə bilmir. Xroniki hallarda isə bu xəstələrdə sanki ``boşluğa basma``hissi olur.Travmanı şiddətinə görə ön çarpaz bağ yaralanmaları dizin bayır meniskinin və iç meniskinin yaralanması ilə birlikdə görülə bilər.Qadın idmançılarda anatomik xüsusiyyətlərindən dolayı kişilərə nəzərən daha çox rastlanır.Yaşlı insanlarda bağın qopması daha çox gövdəsindən, uşaqlarda isə qamış sümüyünə yapışma yerindən qopur.Bu xüsusiyyətlərinə görə də müalicə prinsipləri fərqlənir.
- Ön çarpaz bağ yaralanmalarının diaqnostikası necə aparılır ?
- Bu klinik və instrumental muayinələrin nəticəsinə görə müəyyən edilir. Önəmli olan bu bağın tam yoxsa hissəvi qopmasını müəyyən etməkdir.Bu bağın tamlığının pozulmasını göstərən xüsusi klinik müayinə üsullarının tətbiqi, yırtığın xarakterini 90 % müəyyənləşdirmədə yardımçı olur. Çox az hallarda muayinə bizə detallı bilgilər vermir(diz çox şişərsə, ağrı şiddətli isə).Bu zaman 1 həftə sonra aparılan təkrari müayinə ilə diaqnoz dəqiqləşdirilir. Sonra isə MRT vasitəsilə obyektiv muayinə tamamlanmış olur.
- Ön çarpaz bağ zədələnmələrinin müalicəsində nə kimi yeniliklər tətbiq olunur?
- Yuxarıda da söylədiyim kimi qadın idmançılarda daha çox rastlanan ön çarpaz bağ yaralanmaları riski, idman həkimlərinin təklif etdiyi xüsusi proqramlar vasitəsilə azaldılmışdır. Bu mövzu haqqında idmançılarımız yaxşı olardı ki kulub fizioterapisti və ya idman həkimlərindən detallı məlumatları alsınlar. Digər bir məsələ isə bağın iki dəstədən təşkil olunduğu və hər dəstənin fərqli funksiya görməsinin öyrənilməsidir. Sonuncu məsələ qopmuş bağın müalicə prinsiplərinə dəyişiklikıər gətirmişdir. Əgər bu dəstələrdən biri qoparsa buna hissəvi yırtıq deyirik. İdmançılarda təmir edilməsi mütləqdir. Tam yırtıqlara yanaşma isə tək və ya çüt dəstə şəklində rekonstruksiya texnikalarının yaranmasın gətirib çıxarmışdır. Eyni zamanda son canlı preparat(meyit) çalışmalarında belçikalılar tərəfindən yeni diz bağının(anterolateral ligament) kəşv edilməsi idmançılarda ön çarpaz bağ yaralanmalarının müalicəsinə baxışı dəyişdirmişdir. Bizdə yeni olan bu araşdırmaları yaxından izləyirik və xəstələrimizin bu fürsətdən istifadə etmələri üçün fürsətlər yaradırıq.Mərkəzimizdə idman cərrahiyyəsinin ən son mualicə texnikalarını tətbiq edirik. Bununla bağlı istər nəzəri istərsə də texniki bütün imkanlara sahibik.
- Təşəkkür edirik
- Mən təşəkkür edirəm...
✔ Sağlamlıq üçün Hərəkətə Keçməyin vaxtıdır!
Mərkəz Filialı: Nəsimi r., M.Rəfilli və R.Behbudov küç-nin kəsişdiyi 389 № məhəllə +99455 455-86-08 / +99455 455-86-08
Babək Filialı: Xətai r-nu, Babək pr-ti 92N +99451 550-06-01 012 909; 012 404 41 90
www.otim.az
Rəsmi Facebook səhifəmiz
saytlarin hazirlanmasi