İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, lider "Mançester Siti" səfərdə "Haddersfild"ə 2:1 hesabı ilə qalib gəlib. Bununla da "şəhərlilər" Premyer Liqada ardıcıl 11-ci qalibiyyətini əldə edib.
Premyer Liqanın turnir cədvəlinə 37 xalla "Mançester Siti" başçılıq edir. 8 xal geri qalan şəhərin digər komandası - "Mançester Yunayted" ikincidir. "Çelsi" 26 xalla ilk "üçlüy"ü qapayır. "Haddersfild" 15 xalla 11-ci yerdə qərar tutub.
“Haddersfild” – “Mançester Siti” - 1:2
Qollar: Otamendi, 45+1 (avtoqol) – Aquero, 47 (pen.), Sterlinq, 84
saytlarin hazirlanmasi