"Çelsi"nin sabiq serbiyalı futbolçusu Mateya Kejman açıqlama verib.
Sportal.az xəbər verir ki, 39 yaşlı hücumçu London klubundakı karyerasının istədiyi kimi alınmadığını deyib:
"Çelsi"də işlərim istədiyim kimi getmədi. Joze Mourinyo tək hücumçu sistemi ilə oynamaq istəyirdi və həmişə seçimini Didye Droqbanın üzərində edirdi. Bəlkə də daha bir mövsüm PSV-də qalmalı idim. Məni "Feyenoord" istəmişdi, ancaq Hollandiyada PSV-dən başqa klubda oynaya bilməzdim".
Serbiya və Çernoqoriya millisində oynayan Kejman "Çelsi"də 2004/05 mövsümündə çıxış edib və 25 oyun 4 qol vurub. Mateya "Partizan", PSV, "Atletiko", PSJ, "Zenit" və BATE kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi